Azərbaycan gələn il elmin büdcədən maliyyələşməsini artıracaq

Azərbaycan gələn il elmin büdcədən maliyyələşməsini artıracaq
# 12 noyabr 2013 10:56 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə yeni il üçün büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov bildirib.


Onun sözlərinə görə, dövlət büdcəsinin tərkib hissəsində sosial yönümlü xərclərin artırılması nəzərdə tutulur: «2014-cü il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin (əməyin ödənilməsi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materialların, ərzaq məhsullarının alınması) xüsusi çəkisi 26,6% olmaqla, 2013-cü illə müqayisədə 1,3 faiz bəndi artıb. Mütləq ifadədə bu məqsədə 5 337,3 mln. manatın ayrılması proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 298,9 mln. manat və ya 5,9% çoxdur».


A.Məhərrəmov bildirib ki, 2014-cü ildə elm xərclərində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,5 mln. manat ayrılacaq.


Palata rəsmisi qeyd edib ki, elmi-tədqiqat layihələrinin Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 8 mln. manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 mln. manat, Azərbaycan Milli Elmlər Akademiyasının elmi obyektlərinin yenidən qurulması və əsaslı təmiri üçün 3 mln. manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqlarının alınması üçün 5 mln. manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR