® Azərbaycanın «+More» içkiləri qablaşdırılmasına görə beynəlxalq mükafata layiq görülüb

<font color=red>® </font>Azərbaycanın «+More» içkiləri qablaşdırılmasına görə beynəlxalq mükafata layiq görülüb
# 08 oktyabr 2013 08:00 (UTC +04:00)

Qablaşdırma dizaynı üzrə ilk və yeganə beynəlxalq mükafat şirkətə «+More» içkilərinin qablaşdırılmasına görə təqdim edilib. «Azgranata şirkətinə məxsus premium meyvə şirələri brendi «+More» içkilər kateqoriyasında «Pentawards Silver»lə qiymətləndirilib.

Qeyd etmək lazımdır ki, bu qələbəsi ilə «Genna’Baku» və «+More» «Taschen» nəşriyyatının çap etdiyi dünyanın ən məşhur dizayn kitablarından birində yer alacaq.

Bu il 7-ci dəfə keçirilən «Pentawards»ın məqsədi dizaynerlərə öz yaratdıqları ilə başqalarının işlərinin müqayisə etməyə imkan verməkdir. «Brilyant Pentawards»a unikal dizaynına görə «Vodka Absolut» layiq görülüb – buraxdığı 4 mln. ədəd şüşə içkinin hər biri fərqli dizayna malikdir. «Pentawards 2013»ün qiymətləndirilməsində dünyanın 1 400-dən artıq dizayn şirkətinin işi iştirak edib.

İstanbul mərkəzli «Genna’Baku» agentliyi Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin müştəriləri sırasında «Bank of Baku», «Qafqaz Leasing», «Peugeot», «Azersun», «YapıKredi Bank», «Azgranata» və s. şirkət və təşkilatlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR