Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində «Hər şey qələbə üçün» adlı kitab-albomun təqdimatı olub - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində «Hər şey qələbə üçün» adlı kitab-albomun təqdimatı olub - <span style="color: red;">FOTO
# 09 may 2014 09:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş «Hər şey qələbə üçün» adlı kitab-albomun təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə SHXÇDX-nin rəhbərliyi, rayon şöbələrinin və struktur qurumlarının rəhbərləri, millət vəkili Musa Qasımlı və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov H.Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb. General bildirib ki, H. Əliyev 90-cı illərin əvvəllərində, SSRİ dağılan dövrdə hakimiyyətdə olsaydı, bu problemlər yaşanmazdı: «Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmaqla, ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanda ordu quruculuğunu başlatdı. Bu gün həmin liseyin məzunu olmuş zabitlər Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunurlar».

A. Rəhimov SHXÇDX-nin təşəbbüsü ilə hazırlanmış kitabın H. Əliyevin xatirəsinə həsr olunduğunu qeyd edib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani isə kitab-albomla bağlı fikirlərini bölüşüb. O, kitab-albomun hazırlanmasına bu ilin fevral ayında başlanıldığını və onun tez bir zamanda ərsəyə gəldiyini bildirib. A. Qurbani kitab-albomda SHXÇDX-nin xidmətinin fəaliyyəti və keçirdiyi tədbirlərin yer aldığını vurğulayıb.

Millət vəkili, tarixçi Musa Qasımlı isə SSRİ dönəmində Azərbaycanda zabit kadrların hazırlanmasında H. Əliyevin rolu və müstəqillik dövründə ordu quruculuğu sahəsində keçirdiyi tədbirlər barədə arxiv materiallarından bəhs edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR