Bakıda liftin qırılması nəticəsində xəsarət alanların adı məlum olub - YENİLƏNİB

Bakıda liftin qırılması nəticəsində xəsarət alanların adı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 31 mart 2014 15:46 (UTC +04:00)

Klinik Tibbi Mərkəzdən APA-ya bildirİlib ki, 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində xəsarət alanlar 1990-cı il təvəllüdlü Amin Xaliq oğlu Hüseynzadə, 1986-cı il təvəllüdlü Natiq Ağazər oğlu Baxşıyev, 1996-cı il təvəllüdlü Elmin İbrahimov travmatologiya şöbəsində yerləşdirilib.

***

saat 17.23


Bakı. Hafiz Heydərov – APA. Bakıda köhnə zavod binasında qəza baş verib.

Bakı şəhər Təcili Tibbi yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb. 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində liftdə olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR