İran parlamenti Suriyaya dəstək bəyanatı qəbul edibr

İran parlamenti Suriyaya dəstək bəyanatı qəbul edibr
# 04 sentyabr 2013 13:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentinin deputatları Suriyaya dəstək bəyanatı qəbul ediblər.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sənədi 170 millət vəkili imzalayıb.

Bu gün İran parlamentində səsləndirilən bəyanatda dünya ictimaiyyətinin Suriya xalqının müxalif qüvvələr tərəfindən qətlə yetirilməsinə səssiz qalması pislənilib. Sənəddə həmçinin iranlı deputatlar ölkənin siyasi iradəsi istiqamətində hərəkət edərək, suriyalı qardaşları ilə bərabər zülmə qarşı canlarını fəda etməyə və dünyanı imperialist zülmündən təmizləməyə hazır olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR