Tural Abbaslı və Kəmalə Bənənyarlının həbsi barədə qərardan apellyasiya şikayəti verilib

Tural Abbaslı və Kəmalə Bənənyarlının həbsi barədə qərardan apellyasiya şikayəti verilib
# 14 may 2014 08:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan Müsavat partiyasının üzvü Tural Abbaslı və AXCP üzvü Kəmalə Xəlilova (Bənənyarlı) ilə bağlı məhkəməyə müraciət edilib.

Bu barədə APA-ya məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, onların həbsinin qanunsuz hesab olunması barədə apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət edilib.

Vəkil şikayətdə K. Bənənyarlının işgəncəyə məruz qalmasının da qeyd olunduğunu bildirib.

Qeyd edək ki, mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Onlardan T. Abbaslı 15, K. Bənənyarlı isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR