Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
# 18 noyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən xəbərinə görə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, o cümlədən bu il sentyabrın 13-də Bişkekdə keçirilmiş Rusiya və İran liderlərinin görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Dövlət başçıları İranın nüvə proqramını və Suriyadakı vəziyyəti də müzakirə edərək, münaqişənin dinc yolla nizamlanmasının vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR