Misirdə fövqəladə vəziyyət rejimi ləğv edilib

Misirdə fövqəladə vəziyyət rejimi ləğv edilib
# 12 noyabr 2013 17:52 (UTC +04:00)

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Misir İnzibati Məhkəməsinin qərarına əsasən, fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) qüvvədən düşüb.

Qeyd edək ki, Misirin baş naziri Hazem əl-Bablaui biq müddət əvvəl fövqəladə vəziyyət rejiminin noyabrın 14-də ləğv ediləcəyini bəyan etmişdi. Lakin məhkəmə bu bəyanata düzəliş edərək, fövqəladə vəziyyət rejiminin bu gün 16.00-da ləğv olunması haqqında qərar verib. “Əl-Əhrəm” qəzetinin məlumatına görə, Nazirlər Kabineti məhkəmənin qərarını dəstəkləyib.

“Əl Bələd” qəzetinin məlumatına görə, asayişin qorunması və təhlükəsizliyin təmin olunması üçün ordu birləşmələri polisə dəstək məqsədi ilə hələlik Qahirə və digər böyük şəhərlərin küçələrindən çıxarılmayıb.

Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət rejimi avqustun 14-də elan olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR