IV Azərbaycan-Alman Tibb Günlərinin açılış mərasimi keçirilib - FOTO

IV Azərbaycan-Alman Tibb Günlərinin açılış mərasimi keçirilib  - <span style="color: red;">FOTO
# 07 sentyabr 2013 10:21 (UTC +04:00)

Bakı – APA. Almaniyanın Zigen şəhərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (GAMCA) ənənəvi tədbirlərindən biri olan IV Azərbaycan-Alman Tibb Günlərinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri St.Marien Krankenhaus klinikasının rəhbəri cənab Winkelman açıb.

O, qonaqları xəstəxananın işçi həyəti ilə tanış edib, klinikanın tibbi-texniki bazası haqda geniş məlumat verib, xəstəxanada çalışan və mütəmadi olaraq praktik mübadilə proqramlarının iştirakçıları olan azərbaycanlı həkim, rezident və tibb tələbələrinə xəstəxana rəhbərliyi tərəfindən yaradılmış şəraitdən, onlara göstərilən qayğı və dəstəkdən söz açıb, hər zaman bu əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Professor Dr.F.Willeke qonaqları Azərbaycan dilində salamlayıb, tədbirin təşkilatçılarına və idarə heyətinə işlərində uğurlar arzulayıb, ona təqdim olunan milli xalçamızın naxışları arasında əks etdirilmiş St.MarienKrankenhaus klinikasının simvolunu bir araya gətirən qədim Azərbaycan xalçasını yüksək dəyərləndirib.

Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri Prof. Dr. Q.Müslümov layihə və 4 gün davam edəcək konfrans haqqında geniş məlumat verib.

Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov Azərbaycan-Almaniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin, Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan tarixini, mədəniyyətini, ictimai-siyasi həyatını əks etdirən tədbirlərin keçirilməsinin, xüsusilə tibb sahəsində əldə edilən uğurların günü-gündən inkişaf etməsinin əhəmiyyətindən danışıb.

Azərbaycanın millət vəkilləri b Ceyhun Osmanlı, Qənirə Paşayeva ölkəmizdə və ölkə hüdudlarında gənclər üçün yaradılmış şəraitdən, xaricdə təhsil proqramının geniş imkanlarından bəhs edib.

Tədbirdə həmçinin Milli Onkologiya Mərkəzinin elmi katibi R.Hüseynova geniş elmi məruzə ilə çıxış edib.

Sonda təşkil olunmuş Azərbaycan gecəsində iştirakçılar Azərbaycan musiqiləri altında milli mətbəx nümunələrinə qonaq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR