BTC Co. neft tranzitindən 350 mln. dollar gəlir əldə edib

BTC Co. neft tranzitindən 350 mln. dollar gəlir əldə edib
# 08 may 2014 10:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Trading” şirkəti 2010-2013-cü illər ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə nəql edilən tranzit neftin 72 mln. barrelinin satışını həyata keçirib. Nəticədə, BTC Co. konsorsiumu 350 mln. ABŞ dolları məbləğində əlavə gəlir əldə edib.

APA-Economics”in məlumatına görə, belə bir qənaətə “SOCAR Trading” şirkətinin 2008-2013-cü illərdəki fəaliyyəti və “Azeri Light” Azərbaycan neftinin dünya bazarlarındakı 6 illik qiymət dinamikası ilə əlaqədar hesabat hazırlayan “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri gəliblər. Hesabat “SOCAR Trading” şirkətinin saytında dərc edilib.

Qeyd edək ki, “Wood Mackenzie” şirkətinin hesabatına əsasən, sözügedən dövr ərzində “SOCAR Trading” şirkətinin fəaliyyəti Azərbaycana 1,1 mlrd. dollar məbləğində əlavə gəlirin daxil olmasını təmin edib. Bu gəlir “Azeri Light” Azərbaycan neftinin qiymətinin artması hesabına və “SOCAR Trading” şirkətinin səmərəli fəaliyyəti sayəsində əldə edilib.

Qeyd edək ki, baş qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkətlərindən biridir və fəaliyyətinə 2008-ci ildən başlayıb. Şirkət Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından ARDNŞ-nin ixrac etdiyi xam neftin əsas hissəsinin satışı ilə məşğuldur, digər ölkələrin neft və neft məhsullarının satışını həyata keçirir, eləcə də tabe olduğu şirkətin beynəlxalq sərməyə məsələlərinə yardım edir. “SOCAR Trading” şirkətinin fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, BƏƏ, Misir, Sinqapurda və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR