Jurnalist Anar Niftəliyev həyat yoldaşının cərrahiyyə əməliyyatında ölümü ilə bağlı prezidentə müraciət edib

Jurnalist Anar Niftəliyev həyat yoldaşının cərrahiyyə əməliyyatında ölümü ilə bağlı prezidentə müraciət edib
# 02 oktyabr 2013 13:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, A. Niftəliyev prezidentə ünvanladığı məktubda həyat yoldaşı, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızının “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişməsinin həkim məsuliyyətsizliyindən yarandığını bildirib.

A. Niftəliyev faktla bağlı cinayət işinin açıldığını bildirsə də, həyat yoldaşının cərrahiyyə əməliyyatında iştirak edən həkimlərin – Fərəcullah İdrisov, Mahir Məmmədov və anestezioloq Sirus İbrahimovun bu günə qədər məsuliyyətə cəlb edilmədiyini deyib.

Jurnalist müraciətin sonunda açılan cinayət işinə birbaşa dövlət başçısı İlham Əliyevin nəzarət etməsini xahiş edib.

Müraciətin surəti Baş Prokuror Zakir Qaralova və Səhiyyə Naziri Oqtay Şirəliyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR