Bakıda ailədaxili münaqişələrlə bağlı ictimai müzakirə keçirilib - FOTO

Bakıda ailədaxili münaqişələrlə bağlı ictimai müzakirə keçirilib - <span style="color: red;">FOTO
# 09 dekabr 2013 08:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “Ailədaxili münaqişələrə dövlətin müdaxilə mexanizmləri və məişət zorakılığına qarşı mübarizə” adlı ictimai müzakirə keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Kaunterpart İnternational” təşkilatının ölkə üzrə icraçı direktoru İlqar Ağasiyev bildirib ki, məişət zorakılığı cinayətdir: “Cinsindən, irqindən, yaşından asılı olmayaraq hər bir kəsə bu cinayət təsir edə bilər. Buna ailə məsələsi kimi yanaşılmamalıdır. İşlək qanunlar vasitəsi ilə qarşısı səmərəli şəkildə alınmalıdır”.

Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Taliyə İbrahimova bildirib ki, bu sahədə problemin qarşısını almaq üçün bir sıra tədbirlər görülüb: “Dövlət tərəfindən bu cür problemin qarşısını almaq üçün bir sıra qanunlar qəbul edilib. Bizim komitənin tədbirlər planında bu sahə ilə bağlı planlar da nəzərdə tutulub. Ailə daxilində gender bərabərliyinin olmaması, cəmiyyətdə qadınlara qarşı münasibət , ailədə qadının asılı olması bu cür problemlərə gətirib çıxarır. Nə qədər qanunvericilik bazası yaradılsa hesab edirəm ki, biz stereotiplərlə mübarizə aparmalıyıq. Bəzən adət-ənənəni, dini məsələləri əsas kimi götürülər. Lakin hesab etmirəm ki, hansısa bir din, və yaxud adət-ənənə zorakılığı qəbul etsin. Qız uşaqlarının təhsil almasına xüsusi diqqət göstərmək lazımdır”.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, “Təmiz Dünya” İctimai Birliyin sədri Mehriban Zeynalova və digərləri məişət zorakılığının yaratdığı ağır nəticələrindən, problemin aradan qaldırılma yollarından danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR