Heyvanlarda qarayara xəstəliyinə görə vaksinasiya tədbirləri aparılır

Heyvanlarda qarayara xəstəliyinə görə vaksinasiya tədbirləri aparılır
# 03 aprel 2014 09:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “İribuynuzlu, xırdabuynuzlu, cüt və tək dırnaqlı heyvanlarda qarayara xəstəliyinə görə vaksinasiya tədbirləri mayın ortalarına qədər yekunlaşmalıdır”.

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y. Xanvəli bildirib ki, iribuynuzlu heyvanlarda artıq qarayara xəstəliyinə qarşı vaksinasiya tədbirləri yekunlaşmaq üzrədir: “Xırdabuynuzlu heyvanlarda isə yaylağa çıxana qədər bu proses bitməlidir. Brusellyoza görə qanalma tədbirləri isə davam etdirilir”.

DBX rəsmisi əlavə edib ki, dabağa qarşı vaksinasiya tədbirlərinə isə Cənub zonasında start verilib, hazırda Aran zonasında davam etdirilir: “Bu günlərdə Şimal zonasında da, xüsusilə Qax, Zaqatala, Balakən, Qusar, Xaçmaz və digər rayonlarda da bu xəstəliyə qarşı vaksinasiya tədbirlərinə start veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR