FHN Qobustanda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb

FHN Qobustanda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
# 15 may 2013 16:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 89-cu kilometrliyində Qobustan rayonu ərazisində vətəndaşa məxsus “Hyundai” markalı mikroavtobusla "KamAZ" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Məlum olub ki, qəza nəticəsində mikroavtobusun sürücüsü Azər Ağayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, daha iki nəfər sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən A. Ağayevin meyitini və 2 sərnişini müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR