İranda seçki günü təhlükəsizliyi 300 min polis təmin edəcək

İranda seçki günü təhlükəsizliyi 300 min polis təmin edəcək
# 29 may 2013 08:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu il iyunun 14-də İranda keçiriləcək prezident seçkilərində təhlükəsizliyi 300 min polis təmin edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Nizam-İntizam Qüvvələrinin komandanı, general-mayor İsmayıl Əhmədi Müqəddəm bildirib.

Onun sözlərinə görə, ölkə daxilində səsvermə üçün 67 min qutu qoyulacaq: “Hər bir seçki qutusunun təhlükəsizliyini 3-4 polis təmin edəcək. Seçkilərə dəstək olaraq 50 min polis də vəzifə yerinə yetirəcək. Ümumiyyətlə, seçki günü təhlükəsizliyi təmin edəcək polislərin sayı 300 min olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR