ABŞ və Avropa Birliyi İranla nüvə müzakirələrinin davam etdirilməsi barədə razılığa gəlib

ABŞ və Avropa Birliyi İranla nüvə müzakirələrinin davam etdirilməsi barədə razılığa gəlib
# 07 may 2014 10:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ və Avropa Birliyi İranla nüvə müzakirələrinin davam etdirilməsi barədə razılığa gəlib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Rays və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçirilmiş görüşdə qəbul edilib.

Tərəflər İranla əldə olunacaq hər hansı bir anlaşmanın bu ölkənin nüvə proqramının dinc məqsədli olması ilə bağlı dünya ictimaiyyətində əminlik yaratması barədə razılığa gəliblər. Xəbərdə həmçinin görüşə ABŞ prezidentinin də qatıldığı və Barak Obamanın hər hansı bir nüvə razılaşmasının əldə olunması üçün İranla danışıqların davam etdirilməsini dəstəklədiyi vurğulanıb.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin hazırlanması məqsədilə mayın 13-16-da Vyanada keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Hazırda isə Nyu-Yorkda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR