Honkonqda “quş qripi”nə yoluxma ehtimalı olan 17 nəfər karantinə götürülüb

Honkonqda “quş qripi”nə  yoluxma ehtimalı olan 17 nəfər karantinə götürülüb
# 04 dekabr 2013 04:17 (UTC +04:00)

Bakı-APA. Honkonqda “quş qripi”nə yoluxma ehtimalı olan 17 nəfər karantinə götürülüb. APA-nın “The Straits Times”a istinadən verdiyi xəbərə görə, karantinə götürülmüş bütün şəxslər bu günlərdə H7N9 virusuna yoluxaraq vəfat etmiş 35 yaşlı indoneziyalının qohum və iş yoldaşlarıdır.

Bundan bir müddət əvvəl Honkonqda ilk dəfə olaraq “quş qripi”nə yoluxma faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR