Sumqayıtda zavodda bədbəxt hadisə baş verib

 Sumqayıtda zavodda bədbəxt hadisə baş verib
# 13 sentyabr 2013 15:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunun 33-cü kilometrliyində yerləşən “Karbonat” zavodunda qeydə alınıb. Orada fəhlə işləyən, Bakı şəhər sakini, 37 yaşlı Rüstəm Rafiq oğlu Həsənov 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR