İranın xarici işlər naziri BMT baş katibinin davranışından təəssüflənib

İranın xarici işlər naziri BMT baş katibinin davranışından təəssüflənib
# 21 yanvar 2014 13:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT baş katibi Pan Gi Munun İrana “Cenevrə-2” ilə bağlı göndərdiyi dəvəti geri götürməsi təəssüf doğurur.

APA - nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Aşqabadda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BMT baş katibinin bu cür davranış sərgiləməsi onun səviyyəsinə yaraşmır: “Təəssüflər olsun ki, Pan Gi Mun təzyiqlər altında öz dəvətini geri götürüb”.

M. Zərif BMT baş katibi ilə telefon söhbətinə də toxunub: “Mən bir daha ona dedim ki, İran Suriya konfransına qatılmaq üçün heç bir şərti qəbul etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR