Azərbaycanda “Şairlər günü” qeyd olunacaq

Azərbaycanda “Şairlər günü” qeyd olunacaq
# 27 may 2014 16:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyunun 5-də Azərbaycanda “Şairlər günü” qeyd olunacaq.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, "Şairlər günü”ndə AYB-nin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları, musiqiçilər iştirak edəcək: “Ötən il “Şairlər günü” daha geniş miqyasda - Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və Rusiyadan dəvət olunan qonaqların iştirakı ilə keçirilib. 5 iyun həm də Mikayıl Müşfiqin doğum günüdür. Ona görə də tədbirin təşkilatçısı olaraq məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edirik”.

X.Rza əlavə edib ki, "Şairlər günü” Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtım Müşavirliyinin dəstəyi ilə Muğam Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR