Yasir Ərəfatın zəhərləndiyi təsdiqlənib

Yasir Ərəfatın zəhərləndiyi təsdiqlənib
# 06 noyabr 2013 19:30 (UTC +04:00)

Bakı-APA. Yasir Ərəfatın 2004-cü ildə polonium maddəsi ilə zəhərləndirildiyinə dair şübhələri təsdiqlənməkdədir. APA-nın RİA-Novosti-yə istinad ilə verdiyi xəbərə görə, bu haqda Röyter agentliyinə ekspertizanın nəticələrini əldə etmiş keçmiş Fələstin liderinin həyat yoldaşı məlumat verib.

“Bizə əsl cinayətin olduğunu açıqladılar. Bu siyası qətldir”, - deyə Parisdə yaşayan Suha Ərəfat bildirib.

Agentliyin məlumatına görə, Suha Ərəfat İsveçrənin Lozanna şəhərində yerləşən radiofizika institutunun keçirdiyi ekspertizanın nəticələrini əldə edib. Məhz burada Y.Ərəfatın cənazəsi müayinə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR