Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 27 yanvar 2014 08:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda 46 yaşlı piyada yol qəzasında ölüb. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası Masazır-Novxanı yolunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Arif Elman oğlu Bağırov idarə etdiyi 10-XD-011 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini, 1968-ci il təvəllüdlü Natiq Aydın oğlu Əzimovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR