İstirahət günləri Azərbaycanda 10 nəfər dəm qazından zəhərlənib

İstirahət günləri Azərbaycanda 10 nəfər dəm qazından zəhərlənib
# 16 dekabr 2013 12:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. İstirahət günləri Azərbaycanda 10 nəfər dəm qazından zəhərlənib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 15-də Sumqayıt şəhər sakinləri Gülnarə Məmmədova və qızı Nəzrin, Günel İsmayılzadə, Abşeron rayonu Aşağı Güzdək qəsəbə sakini Təranə Məhərrəmova, Gəncə şəhər sakinləri Xırda Abdullayeva, Raqil İbrahimov, Samux rayon sakinləri Nəcibə Məmmədova və azyaşlı nəvəsi Fatimə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Dekabrın 14-də Sumqayıt şəhər sakinləri, azyaşlılar Gülnaz Əliyeva və Abbas Lütvəliyev mənzillərində dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR