Azərbaycan AŞPA-nı oktyabrda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştiraka dəvət edib

Azərbaycan AŞPA-nı oktyabrda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştiraka dəvət edib
# 24 iyun 2013 13:31 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, bu barədə o, AŞPA-nın yay sessiyasının plenar iclasında qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinin nəticələrinə dair müzakirələrdə çıxışında deyib.

S. Seyidov bildirib ki, bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri heç bir problem olmadan, beynəlxalq normalara hörmətlə yanaşma şəraitində təşkil olunacaq: “Biz bu seçkilərin AŞPA tərəfindən müşahidə olunmasına və seçkilərdən öncə, eləcə də seçki prosesi zamanı müşahidə missiyasını qəbul etməyə hazırıq. Mən həmkarlarımı bu seçkilərdə müşahidəçi kimi iştirak etməyə çağırıram. Çünki bu seçkilər bizim ölkəmizin və regionumuzun gələcəyi üçün olduqca vacibdir”.

S. Seyidov AŞPA-nın Daimi Komitəsinin İrəvanda keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılmış müzakirələrə də toxunub: “Unutmaq lazım deyil ki, AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edilib. Bu, çox əhəmiyyətli bir sənəddir. Bu sənəd Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini düzgün anlamağımıza imkan yaradır. Ümid edirəm ki, bizim erməni həmkarlarımız özlərində güc tapıb, dövlətlərimizin gələcəyini düşünmək üçün bizimlə birgə masaya əyləşəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR