Salyanda “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi keçirilib - FOTOSESSİYA - VİDEO

Salyanda “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 may 2014 10:40 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində məktəblilər arasında zona birinciliyi üzrə "Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yarışda birincilik uğrunda beş mərhələdə - "Maneələr zolağı", "Kombinəedilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Gənc ekspertlər" Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli, Biləsuvar və Hacıqabul rayonlarının orta məktəblərinin komandaları mübarizə aparıblar.

Açılış mərasimində çıxış edən FHN-in Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov, Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsi Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi, polkovnik Məhbubə Mustafayeva bu yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən geniş bəhs ediblər. Həmçinin qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual səviyyənin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Ümumi nəticəyə görə Salyan rayon komandası birinci, Hacıqabul rayon komandası ikinci, Şirvan komandası üçüncü yeri tutub.

Yarışda yer tutmuş komandalar kubok və fəxri fərmanlarla təltif olunublar.

Yarış orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR