Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko müddətsiz aclıq elan edib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko müddətsiz aclıq elan edib
# 25 noyabr 2013 23:33 (UTC +04:00)

Bakı-APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko aclıq elan edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Y.Timoşenko hökumətdən Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalamağı tələb edib.

Timoşenkonun vəkili Sergey Vlasenko Kiyevin mərkəzində keçirilən aksiyada bəyan edib ki, sabiq baş nazirin aclıq aksiyası müddətsizdir.

7 il müddətinə azadlıqdan məhrum edilən Y.Timoşenko hal-hazırda xəstəxanadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR