Amerikalı həmsədr: “Vyana və Kiyev görüşləri göstərdi ki, tərəflər indiki dalan vəziyyətindən çıxmaq istəyirlər” - MÜSAHİBƏ

Amerikalı həmsədr: “Vyana və Kiyev görüşləri göstərdi ki, tərəflər indiki dalan vəziyyətindən çıxmaq istəyirlər” - <span style="color: red;">MÜSAHİBƏ
# 10 dekabr 2013 08:55 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin APA-ya müsahibəsi

- Siz öz “Twitter” səhifənizdə nazirlərin Kiyevdə keçirilən son görüşünü tarixi adlandırdınız. Azərbaycanın xarici işlər naziri də jurnalistlərlə söhbətində pozitiv bəyanatlar verərək qeyd etdi ki, bu görüş son dövr ərzində konkret məsələlərin müzakirə olunduğu ilk görüş olub. Sizcə, danışıqlar prosesində sıçrayış ola bilərmi?

- Vyanada və Kiyevdə keçirilmiş son danışıqlar göstərdi ki, tərəflər doğrudan da indiki dalan vəziyyətindən çıxmaq istəyirlər. Mənim üçün xoş idi ki, Kiyevdəki son görüş nazirlər üçün həssas və mürəkkəb məsələləri müzakirə edərək irəliləyiş üçün yol tapmaq şansı verdi. Onların yaxın həftələrdə qarşılıqlı fəaliyyəti münaqişənin sülh yolu ilə ədalətli həlli üçün real imkanlar yaradır, lakin etiraf etmək lazımdır ki, bu, ən yüksək səviyyədə siyasi iradə tələb edir.

- Hazırda aparılan danışıqlar daha əvvəl səsləndirilmiş təkliflərə əsaslanır, yoxsa həmsədrlər bu yaxınlarda hansısa yeni ideyalar təklif edib?

- Nazirlər ötən həftə razılığa gəldilər ki, daha əvvəl əldə olunan nəticələr əsasında birgə işi davam etdirsinlər. Eyni zamanda bütün tərəflər uzunmüddətli həll üçün yollar və vasitələri nəzərdən keçirməyə açıqdır. Biz bundan sonra da irəliyə doğru hərəkət etmək üçün danışıqlara dəstək verəcəyik.

- İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu haqda nə düşünürsünüz? Bu ölkə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesində bilavasitə iştirak edib və gələn il ATƏT-ə sədrlik edəcək.

- Biz son il ərzində ATƏT-ə sədrlik edən Ukraynaya minnətdarıq və 2014-cü ildə İsveçrə ilə birgə işi səbirsizliklə gözləyirik. Minsk Qrupu münaqişənin həlli formatı olaraq qalır. Lakin İsveçrənin münaqişələrin həlli ilə bağlı öz tarixçəsi var və bu ölkənin bölgəyə fəal cəlb olunmasını yalnız alqışlamaq olar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR