Heydər Əliyev Mərkəzindəki “Əbədi sevgi” qala konsertinin proqramı açıqlanıb

Heydər Əliyev Mərkəzindəki “Əbədi sevgi” qala konsertinin proqramı açıqlanıb
# 22 oktyabr 2013 15:25 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, Rusiyanın xalq artisti, rejissor Dmitri Bertmanın quruluşunda Bakıda ilk dəfə təqdim olunacaq bu konsertdə ötən illərin ən məşhur və dünyada sevilən mahnıları səslənəcək.

Həmin gün Heydər Əliyev Mərkəzində “Kuin” (“Queen”) qrupunun “I was born to love you”, Endi Uilyamsın (Andy Williams) “Moon river”, Selin Dionun (Celine Dion) “My heart will go on”, Elvis Preslinin (Elvis Presley) “Love me tender”, Uitni Hyustonun (Whitney Huston) “I will always love you”, Demis Russosun (Demis Roussis) “Souveniers”, “Bitlz” (“The Beatles”) qrupunun “All you need is love” və bunlar kimi ürəkləri fəth etmiş daha neçə sevgi dolu mahnı gözəl ifa, möhtəşəm səhnə şousu ilə tamaşaçıların zövqünü oxşayacaq.

Qeyd edək ki, “Əbədi sevgi” qala konsertinın premyerası oktyabrın 31-də Moskvada keçiriləcək. Konsert premyeradan sonra ilk dəfə Bakıda Heydər Əliyev Mərkəzində təqdim ediləcək. “Əbədi sevgi” layihəsi gözəl mahnıları fərqli təqdimatda səsləndirərək onlara yeni həyat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR