Azərbaycan Beynəlxalq Bankı ölkədə İslam bankçılığının maliyyələşməsi üçün xaricdən 100 mln. dollarlıq kredit cəlb edir

Azərbaycan Beynəlxalq Bankı ölkədə İslam bankçılığının maliyyələşməsi üçün xaricdən 100 mln. dollarlıq kredit cəlb edir
# 04 iyun 2013 12:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «NBD Capital Ltd.», «Barwa Bank», «J.P. Morgan Ltd.» və «Noor Islamic Bank PJSC» təşkilatlarına ABB üçün «Xammal Mubarah» maliyyələşməsi məqsədilə 100 mln. ABŞ dolları həcmində sindikatlaşmış kreditin cəlb edilməsinə dair səlahiyyət verib. ABB-dən «APA-Economics»ə verilən məlumata görə, güzəştlər 18 ay müddətinə verilir.

ABB cəlb edcəyi vəsaitləri Azərbaycanda İslam bankşılığının inkişafına yönəldəcək. Güzəştlər Yaxın Şərq və Asiyadan olan banklardan ibarət olan ümumi sindikata təqdim ediləcək. Bu yaxınlarda Azərbaycan bankı bununla bağlı BƏƏ, Bəhreyn və Qətərdə bir neçə təqdimat və görüşlər keçirib.

Qeyd edək ki, ABB-nin məhsul və xidmətləri «Dar al Shariah» konsaltinq şirkəti firması tərəfindən sertifikatlaşdırılıb və İslam maliyyə təşkilatları üçün mühasibat uçotu və auditi Təşkilatının (AAOIFI) standartlarına cavab verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR