Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 08 may 2014 06:57 (UTC +04:00)

Bakı – APA. Mayın 10-dan 16-dək Almatı şəhərində (Qazaxıstan) "Gizir və çavuşların birgə təlimləri" mövzusunda təlimi, mayın 12-dən 13-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi" (e-PRIME) üzrə kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən 16-dək İstanbul şəhərində (Türkiyə) 17-ci beynəlxalq dənizçilik yarışları, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən iyulun 4-dək Buxarest şəhərində (Rumıniya) Orta səviyyəli ingilis dili kursu və mayın 12-dən 30-dək Predeal şəhərində (Rumıniya) Dağa dırmanma təlimatçıları kursu keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR