Azərbaycan millisinin hücumçusu Polşa klubuna keçib

Azərbaycan millisinin hücumçusu Polşa klubuna keçib
# 04 iyun 2014 09:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin daha bir voleybolçusu karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın hücumçusu Polina Rəhimovanın ardınca Yana Ağayeva da legioner həyatı yaşamağa üstünlük verib.

Belə ki, son mövsümü “Azəryol”da keçirən 27 yaşlı hücumçu Polşanın “Atom” klubuna keçib. Milliləşdirilmiş legionerimiz son mövsümü bürünc medalla başa vuran Sopot təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Bu, 200 sm boya malik Ağayevanın ölkə xaricində ilk klubu deyil. 2012/2013 mövsümündə Cənubi Koreyanın “Hyundai” komandasında çıxış edən Ağayeva bu komanda ilə üçüncü yeri də tutub.

Qeyd edək ki, ondan öncə yeni mövsümü Rəhimova Cənubi Koreyanın “Hyundai” komandasında oynamağa qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR