Sabah Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti olacaq - VİDEO

Sabah Azərbaycanın bəzi rayonlarında 37 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 08 iyun 2014 13:30 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, paytaxtda şimal küləyi gecə və səhər arabir nisbətən güclənəcək. Temperatur gecə 16-21, gündüz 28-33 dərəcəyə qədər yüksələcək.

Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 17- 22, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda isə gecə 7-12, gündüz saatlarında 19-24 dərəcə olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zaqulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə isə 23-24 dərəcə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR