DMX: Ötən il 11 min nəfərdən çox əcnəbi vətəndaşa Azərbaycanda müvəqqəti yaşamaq icazəsi verilib

DMX: Ötən il 11 min nəfərdən çox əcnəbi vətəndaşa Azərbaycanda müvəqqəti yaşamaq icazəsi verilib
# 10 aprel 2014 09:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. ”Miqrasiya məsələsi nəinki Azərbaycanda, bütövlükdə dünyada çox aktual bir mövzudur”. APA-nın xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra böyük miqrasiya ordusu ilə üz-üzə qalıb. Onun sözlərinə görə, Azərbaycan münaqişə nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə soydaşımızı, eləcə də Özbəkistandan gəlmiş 250 min nəfərə qədər Mehseti türklərini qəbul edib. P.Musayev qeyd edib ki, 1 milyon daxili miqrantla üz-üzə qalan Azərbaycan, müharibəyə cəlb olunan bir dövlət kimi bu prosesin öhdəsindən gəlməlidir: “Heydər Əliyevin təməlini qoyduğu və bu gün prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində hazırda bu işin öhdəsindən gəlməyə çalışırıq. Artıq Azərbaycan miqrantların təyinat ölkəsinə çevrilib. Bu gün tam gücü ilə işləmək qabiliyyətində olan Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn hər bir vətəndaşın nə vaxt, harada, nə qədər yaşadığına nəzarət edə bilir”.

Xidmətin rəis müavini qeyd edib ki, 2013-cü ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda yaşamış 140 mindən artıq əcnəbi vətəndaş olduğu yer üzrə qeydiyyata qalınıb: “Onlardan 11 min nəfərdən çoxuna ölkə ərazisində müvəqqəti yaşamaq icazəsi verilib. Ötən il Azərbaycanda qeyri-müəyyən vəziyyətdə yaşayan 231 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR