UEFA “Valensiya”ya Kiyevdəki oyunla bağlı təminat verib

UEFA “Valensiya”ya Kiyevdəki oyunla bağlı təminat verib
# 19 fevral 2014 15:59 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının sabah keçirilməli olan 1/16 final mərhələsinin “Dinamo” (Ukrayna) – “Valensiya” (İspaniya) oyunu baş tutacaq. Apasport.az saytının məlumatına görə, Kiyevdə yaşanan qanlı olaylar qarşılaşmanın keçirilməsini təhlükə altına salsa da, UEFA məsələyə müdaxilə edib.

Qitə futbol qurumu Ukraynaya səfər etməkdən çəkinən “Valensiya”ya təhlükəsizlik təminatı verib və ispanları hadisələrin matçın baş tutacağı məkandan çox uzaqda yaşandığı barədə məlumatlandırıb.

Ehtiyatı əldən verməyən Valensiya təmsilçisi Kiyevdə mümkün qədər az qalmağa qərar verib. Bu gün Bakı vaxtı ilə 20:00-da Ukraynaya çatacaq qonaqlar matçdan dərhal sonra – cümə günü 00:30-da ölkəni tərk edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR