Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası mükafata layiq görülüb

 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası mükafata layiq görülüb
# 31 yanvar 2014 10:12 (UTC +04:00)

Bakı – APA. Bu gün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı tərəfindən birgə təsis edilmiş “Zəfər-2013” Yüksək İdman Nailiyyətləri Mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) “Dağ İdmanının İnkişafındakı Xidmətlərinə görə” mükafatına layiq görülüb.

Bu barədə APA-ya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının

mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR