Dövlət agentliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb

Dövlət agentliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb
# 09 dekabr 2013 06:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin siyahısı”nda dəyişikliklər edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.

Dövlət Agentliyinin təqdim etdiyi elektron xidmət növlərinin sırasına informasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbənin tutulması və “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətin nəticəsində təqdim edilməli olan hazır sənədlə bağlı məlumatın verilməsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR