Azərbaycan İrana birgə Əməkdaşlıq Şurasının yaradılmasını təklif edib - FOTO

Azərbaycan İrana birgə Əməkdaşlıq Şurasının yaradılmasını təklif edib - <span style="color: red;">FOTO
# 24 oktyabr 2013 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İranın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Məhəmmədtəqi Rizayanla görüşürüb. Tərəflər iki ölkənin sahibkarlıq təşkilatlarının fəaliyyətini müzakirə ediblər.

Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda 500 minədək sahibkarın fəaliyyət göstərdiyini deyən M.Musayev ASK-nın üzərinə düşən məsuliyyətdən söhbət açıb. O bildirib ki, 70-dək assosiasiya ASK-nın üzvüdür, Konfederasiya sahibkarların hüquqlarını müdafiə edən təşkilatdır.

Bu yaxınlarda 27 ölkəni təmsil edən SSBK-nın iclasında Şura sədrinin müavini seçilən M.Musayev İran təşkilatlarının bu təşkilata üzv olmaları üçün lazımi köməklik göstərəcəklərini də qeyd edib. Azərbaycanla İran arasında iqtisadi əlaqələrə toxunan ASK prezidenti yerli iş adamlarının qarşılıqlı əməkdaşlığa hazır olduqlarını dilə gətirib. Bildirilib ki, ASK Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı iş adamlarına köməklik göstərməyə hazırdır.

M.Rizayan isə bildirib ki, İran iki ölkə arasındakı mövcud iqtisadi əlaqələri bundan sonra daha da canlandırmaq arzusundadır. Müşavir vurğulayıb ki, İranda yeni seçilən hökumətin siyasətinin əsas istiqamətlərindən biri də xarici ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdir. Daha sonra qonaq tranzit əlaqələrin yaranmasına diqqət yetirdiklərini də vurğulayıb.

Sonda ASK tərəfindən ikitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif olunub.

Qeyd edək ki, ASK bu günədək bir neçə ölkə ilə analoji birgə əməkdaşlıq şuraları yaradıb. Bu şura il ərzində bir neçə dəfə toplaşaraq biznes sahəsindəki mövcud vəziyyəti müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR