Məhəmmədrəsul Məcidov: “Azərbaycan xalqını sevindirmək istəyirəm”

Məhəmmədrəsul Məcidov: “Azərbaycan xalqını sevindirmək istəyirəm”
# 26 oktyabr 2013 10:48 (UTC +04:00)

Bakı - APA. “Əslində bir çox mütəxəssislər Olimpiadada mənim italiyalı Roberto Kamarelliyə uduzmadığım fikrində idilər. Ancaq onda hakimlərin qərarı fərqli olmuşdu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov (+ 91 kq) deyib.

Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanan təmsilçimiz London Olimpiadasında məğlub olduğu Roberto Kamarellidən revanş aldığına görə şad olduğunu bildirib: “Bu dəfə italiyalı boksçudan revanş ala bildim. Ağır döyüş oldu. Kamarelle bu çəki dərəcəsində ən güclülərdən biridir”.

Dünya çempionumuz bu gün baş tutacaq final görüşünü də dəyərləndirib: “Növbəti döyüşüm daha çətin olacaq. Çünki yerli idmançı İvan Dıçko ilə mübarizə aparacam. Azarkeşlər ona sonadək dəstək verəcəklər. Amma mən Azərbaycan xalqını sevindirmək istəyirəm. Buna görə də finalda qalib gəlmək üçün əlimdən gələni edəcəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR