Kubada xalq yazıçısı Anarın kitabı nəşr olunub

Kubada xalq yazıçısı Anarın kitabı nəşr olunub
# 12 dekabr 2013 11:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xalq yazıçısı Anarın “Vahimə və başqa povestlər” adlı kitabı Havanada çap edilib.

Yazıçılar Birliyindən APA-ya verilən məlumata görə, kitab Kubanın “İncəsənət və ədəbiyyat” nəşriyyatında on min tirajla nəşr olunub. Kitabda yazıçının Maria Qaska Hernandez tərəfindən ispan dilinə çevrilmiş “Vahimə”, “Dantenin yubileyi” və “Əlaqə” povestləri yer alıb.

Kitabda Anar haqqında da məlumat verilib, yazıçının “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Ağ qoç, qara qoç” əsərlərindən söz açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR