İran-Azərbaycan sərhədindəki problemlər iki ölkənin parlament üzvlərinin görüşündə müzakirə olunacaq

İran-Azərbaycan sərhədindəki problemlər iki ölkənin parlament üzvlərinin görüşündə müzakirə olunacaq
# 22 noyabr 2013 10:00 (UTC +04:00)

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin bununla bağlı Bakıda görüş keçirəcəyini deyib. O, dostluq qrupunun üzvlərinə müraciət edərək bu məsələyə olduqca ciddi yanaşmağı xahiş edib: “Bu problemə görə hazırda onsuz da blokadada olan Naxçıvan daha ciddi blokadaya düşüb. Biz Xarici İşlər Nazirliyi və digər qurumlar vasitəsilə İran qarşısında bu məsələni ciddi qaldırmalıyıq. Çünki sərhəddə gündə bir qayda tətbiq etmək, gah tonnajı aşağı salmaq, gah başqa formada dəyişmək çox ciddi problemlər yaradır”.

Sədr Oqtay Əsədov isə bildirib ki, bu məsələ üzərində hazırda çox ciddi iş aparılır və problem tezliklə həllini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR