Şəmkir sakini dələduzluq yolu ilə vətəndaşın pulunu mənimsəyib

Şəmkir sakini dələduzluq yolu ilə vətəndaşın pulunu mənimsəyib
# 19 aprel 2014 12:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Şəmkir rayon sakini Gəncədə vətəndaşı aldadaraq pulunu mənimsəyib.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 39 yaşlı Asif Seyidov polisə müraciət edərək bildirib ki, bacısı, 54 yaşlı Sürəyya Seyidovanı təqaüdə çıxarmaq üçün Şəmkir rayon sakini Qəzənfər İsmayılov ondan 1800 manat pul alaraq dələduzluq edib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR