Birinci rübdə Milli Depozit Mərkəzi tərəfindən qeydiyyata alınan səhmlərin əlavə emissiyasının həcmi artıb

Birinci rübdə Milli Depozit Mərkəzi tərəfindən qeydiyyata alınan səhmlərin əlavə emissiyasının həcmi artıb
# 07 may 2014 10:06 (UTC +04:00)

Bakı . İlkin Əhmədov – APA-Economics. Bu ilin birinci rübündə Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 1 mlrd. 43 mln. 839,578 min manat olan səhmin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,3 dəfə çoxdur.

MDM-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında mərkəzdə səhmlərin əlavə emissiyası üzrə emitentlərin 610 əqdi qeydiyyata alınıb. Aprel ayında MDM 632 mln. 797,14 min manat məbləğində səhmin əlavə emissiyası üzrə 258 əqd qeydiyyata alıb.

Hesabat dövründə MDM qiymətli kağızların emitentləri ilə 14 müqavilə, aprel ayında 4 müqavilə bağlayıb.

2014-cü ilin yanvar-aprel aylarında MDM tərəfindən nominal dəyəri 314 mln. 823,689 min manata bərabər olan 1348, ötən ay isə 20 mln. 929,403 min manat məbləğində 554 birja əqdi qeydiyyata alınıb.

Bundan başqa, hesabat dövründə MDM nominal dəyəri 4 mln. 963,879 min manat olan qiymətli kağızlarla 175 birjadankənar əqd, aprel ayında 565,838 min manat məbləğində 75 əqd qeydiyyata alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR