Putin ATƏT-in Ukrayna üzrə “yol xəritəsini” dəstəkləyib

Putin ATƏT-in Ukrayna üzrə “yol xəritəsini” dəstəkləyib
# 13 may 2014 00:51 (UTC +04:00)

APA-nın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı mənbə belə deyib.

“ATƏT-in sədri Didye Burkhalter Vladimir Putin ilə telefon bağlantısından sonra bildirib ki, Rusiya ATƏT-in Ukrayna üzrə planlarını və nizamlanma prosesindəki iştirakını dəstəkləyir” – deyə mənbə qeyd edib.

Qeyd edək ki, mayın 12-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xatırladaq ki, mayın əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Ukrayna böhranının nizama salınması ilə bağlı “Yol xəritəsi”ni təklif edib. “Yol xəritəsi”nə döyüş əməliyyatlarının dayandırılması, gərginliyin azaldılması, geniş milli dialoqun başlanması, ölkədə prezident seçkilərinin keçirilməsi və s. daxildir. D.Burkhalter ATƏT-in “Yol xəritəsi”nin reallaşdırılmasında aparıcı rolu üzərinə götürməyə hazır olduğunu da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR