Abşeron sakinin avtomobilini vuran şəxs hadisə yerindən qaçıb - FOTO - VİDEO

Abşeron sakinin avtomobilini vuran şəxs hadisə yerindən qaçıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 may 2014 06:33 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Abşeron rayonu Sulutəpə qəsəbəsində sərxoş sürücü qəza törədib.

APA-nın məlumatına görə, Abşeron rayon sakini Eldar Hüseynovun idarə etdiyi 01 BO 447 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobili vuran "Opel" markalı maşının sürücüsü hadisə yerindən qaçıb.

Qaçan sürücünü bir müddət izləyən E. Hüseynov qəza törədən avtomobildə olan bir neçə şəxs tərəfindən fiziki təzyiqə məruz qaldığını söyləyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Qəza törədərək hadisə yerindən qaçan sürücünün axtarışı ilə bağlı polis postlarına məlumat verilib. Onun qəzanı sərxoş vəziyyətdə törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR