Azərbaycanda 376 özəl müəssisəsinin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb

Azərbaycanda 376 özəl müəssisəsinin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb
# 20 may 2014 08:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Azərbaycanda 500-ə yaxın özəl tibbi müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq (özəl) müəssisəsi fəaliyyət göstərir. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov növbəti kollegiya iclasında bildirib ki, 2013-cü ildə 376 özəl müəssisəsinin lisenziya olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanıb. O deyib ki, bununla bağlı inzibati icraat işləri aparılıb.

2013-cü il ərzində Bərdə, Tərtər, Ağdam, Yevlax və Mingəçevirdən Səhiyyə Nazirliyinə 1000-dən artıq şikayət və ərizənin daxil olduğunu deyən şöbə müdiri qeyd edib ki, onların hər biri aidiyyəti üzrə araşdırılıb, müvafiq tədbirlər görülüb. Aparılan araşdırmalar şikayətlərin əksər hallarda əsassız olmadığını təsdiq edir.

Nazirlik nümayəndəsinin sözlərinə görə, son 10 il ərzində Azərbaycanda körpə ölümü göstəricisi 16,7 promilledən 10,8-ə, ana ölümü əmsalı 18,5-dən 14,5-ə enib. Bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR