Əli Həsənov AŞPA üzvləri ilə görüşüb

Əli Həsənov AŞPA üzvləri ilə görüşüb
# 20 may 2014 13:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Norveç və İslandiya parlamentinin üzvləri – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təmsilçiləri ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov görüşdə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri, ölkədə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında ətraflı danışıb.

Azərbaycanın müstəqillik dövründə dinamik inkişaf etdiyini deyən AŞ PA üzvləri isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqlarını söyləyiblər. Münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünya birliyinə daha dolğun çatdırmağın vacibliyini qeyd edən parlamentarlar bildiriblər ki, bu barədə Avropa ictimaiyyətini daha geniş məlumatlandırmağa çalışacaqlar. Norveç və İslandiya parlamentinin üzvləri Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. AŞ PA üzvlərinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR