Daxili Qoşunların internet səhifəsi yaradılıb - FOTO

Daxili Qoşunların internet səhifəsi yaradılıb - <span style="color: red;">FOTO
# 30 may 2014 08:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının www.dq.mia.gov.az ünvanında rəsmi internet səhifəsi işə başlayıb. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

İnternet səhifəsinin yaradılmasında əsas məqsəd Daxili Qoşunların ictimaiyyətlə əlaqələrinin səmərəliliyinin artırılması, habelə qoşunların həyatında baş vermiş yeniliklər barədə cəmiyyətin mütəmadi olaraq daha dolğun məlumatlandırılmasından ibarətdir.

Səhifə müvafiq sahələr üzrə kataloqlar, faydalı informasiya resursları və linklərlə təmin olunub.

Saytda sabiq prezident Heydər Əliyevin, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla yanaşı, Daxili Qoşunların tarixi, döyüş yolu, xidməti-döyüş fəaliyyətinin müxtəlif istiqamətləri geniş işıqlandırılıb.

İnternet səhifəsində Daxili Qoşunların Ali Hərbi Məktəbi, Hərbi Hospitalı, nümunəvi-göstərici hərbi orkestri və muzeyi haqqında geniş məlumatlar verilib, o cümlədən qoşunların mətbu orqanı olan "Əsgər" qəzetinin elektron variantı və fotoalbom yerləşdirilib.

Səhifənin istifadəçiləri müvafiq hərbi qanunvericilik bazasından da faydalana biləcəklər.

Vətəndaşlar sayt vasitəsilə onları maraqlandıran məsələlərlə bağlı Daxili Qoşunların Baş İdarəsinə onlayn müraciət etmək imkanına malik olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR