Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüsünə 30 sutka inzibati həbs cəzası verilib - YENİLƏNİB - VİDEO

Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüsünə 30 sutka inzibati həbs cəzası verilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 07 iyun 2014 13:11 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Məhkəməsində hakim Elnur Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə T. İbrahimov məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

*** 14:44

Bakı. Fuad Cəfərov – APA. İyunun 6-da Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü saxlanılıb.

Bakının Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, aparılan araşdıma nəticəsində 10-TF-975 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü İbrahimov Tural Abdulla oğlu olduğu müəyyənləşib.

T.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 296.1.1 maddəsi (avtoxuliqanlıq) əsasında inzibati məsuliyyətə cəlb olunub. İş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə “Neftçilər” metro stansiyasının yaxınlığında yol-hərəkət qaydasının kobud şəkildə pozulmasını əks etdirən video yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR