Bakıda Ümumdünya Akkreditasiya günü qeyd olunub - FOTO

Bakıda Ümumdünya Akkreditasiya günü qeyd olunub - <span style="color: red;">FOTO
# 09 iyun 2014 08:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Akkreditasiya gününə həsr olunmuş “Akkreditasiya gündəlik həyatda etimadın təminatçısıdır” mövzusunda tədbir keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə komitə sədri Ramiz Həsənov, daxili bazarın təhlükə məhsullardan qorunması üçün akkreditasiyanın rolu mühüm olduğunu deyib.

Onun sözlərinə görə, akkreditasiya həm də ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində də xüsusi rola malikdir: “Bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarə olunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən 9 iyun “Ümumdünya Akkreditasiiya Günü” kimi qeyd olunmağa başlayıb”.

O bildirib ki, ölkəmizdə akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində ölkədə siyasət həyata keçirilib: “Komitə yanında Dövlət Akkreditasiya Xidməti yarandığı gündən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR