Qubada maşın hasara çırpılıb, bir nəfər ölüb - VİDEO

Qubada maşın hasara çırpılıb, bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 07:09 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

Quba rayon sakini, 1961-ci il təvəllüdlü Xəlilbəyov Vaqif Zalbəy oğlunun idarə etdiyi 10 SK 791 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq yaşayış evinin daş hasarına çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR